10.3 C
Gence
10.3 C
Gence

Gəncədə “Gənclər həftəsi” ilə əlaqədar olaraq görüş keçirilib

Gəncədə “Gənclər həftəsi” ilə əlaqədar olaraq görüş baş tutub. Bu haqda 25 yanvar tarixində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.

Belə ki, sözügedən idarənin rəisi Həmid Nəsirov tədbirlərin təşkil edilməsi və keçirilməsinin təmin edilməsi məqsədilə gənclərlə görüşüb.

Qeyd edək ki, 2 fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar olaraq Gənclər ve İdman Nazirliyi tərəfindən 26 yanvar – 2 fevral 2023-cü il tarixləri “Gənclər həftəsi” elan olunub.

Ən Çox Oxunan