Gəncədə 9 yanvar tarixində daha bir intihar hadisəsi qeydə alınıb. Bu haqda Report-a istinadən məlumat veririk.
Hadisə Cavadxan qəsəbəsində baş verib. 27 yaşlı Cavid Vəliyev zirzəmidə özünü asıb.
Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Gəncin meyiti ekspertizaya verilib.
Faktla bağlı araşdırma aparılır.