25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə gün ərzində minə yaxın şəxsə peyvənd vurulur

Gəncədə koronavirusla bağlı durum açıqlanıb. Bu haqda Gencexeber.az 18 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.

Şəhər ərazisində indiyə kimi 15 minə yaxın sakinin koronavirusa yoluxması faktı qeydə alınıb. Onlardan 4 min 66 nəfəri sağalıb. Hazırda 660 nəfər isə aktiv xəstə olaraq müalicə alır.

Nizami yurdunda gündəlik 50-60 yeni yoluxma halı müəyyən edilir. Gün ərzində minə yaxın şəxsə COVİD-19 əleyhinə vaksin vurulur ki, bunlardan da 435-i üçüncü doza peyvənddir.

Qeyd edək ki, indiyə gədər 277 min 167 nəfər koronavirusa qarşı peyvənd olunub. Aparılan vaksinasiya prosesinin statistikasını təqdim edirik:

  • Birinci doza üzrə –  138 min 861 nəfər
  • İkinci doza üzrə – 126 min 482 nəfər
  • Üçüncü doza – 11 min 824 nəfər