25.8 C
Gence
25.8 C
Gence

Gəncədə “Ford” maşınından bir kiloqramdan çox narkotik aşkarlanıb

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin saytında məlumat dərc edilib.

Gəncə şəhər BPİ əməkdaşlarının şəhər ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Abbasov saxlanılıb. Onun üzərindən 21,89 qram metamfetamin və 20,26 qram heroin aşkarlanıb.

Abbasovun idarə etdiyi “Ford” markalı avtomobildən isə 50 qram metamfetamin və 984 qram heroinin saxlanılması üzə çıxıb.

 

Ən Çox Oxunan