Gəncədə müəllim təltif olunub. Bu haqda 13 yanvar tarixində Gəncə şəhər Təhsil İdarəsi məlumat paylaşıb.
Tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk iştirak edib. Şəhər 38 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Samir Həbibliyə İcra hakimi tərəfindən “Təşəkkürnamə” verilib. O, 2021-ci il ərzində Beynəlxalq idman yarışlarında hakim qismində əldə etdiyi yüksək nailiyyətlərə görə təltif olunub.