Gəncədə yerləşən restoranların birində fiziki məhdudiyyətli insanlar üçün Novruz şənliyi keçirilib. Bu haqda məlumatı Gencexeber.az bu gün, 21 mart tarixində verir.
“Nostalji” restoranında baş tutan tədbirdə 40-a yaxın fiziki məhdudiyyətli insan iştirak edib. Sonda uşaqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbir “Fərəh” İctimai Birliyi və “Güvən” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.