25.3 C
Gence
25.3 C
Gence

Gəncədə Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramı çərçivəsində imtahan keçirilib

Gəncədə Fındıqçılıq Üzrə Texniki Sertifikat Proqramında iştirak edən Aqrar universitetinin tələbələri imtahan veriblər. Bu haqda təhsil ocağının saytında məlumat dərc edilib.

Proqram ADAU və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) “Ferrero” şirkəti ilə əməkdaşlıq çərçivəsində keçirilib.

Bildirilib ki, bütün təlimlərdə iştirak edən və imtahandan müvəffəqiyyətlə keçən tələbələr beynəlxalq sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, iştirakçılar proqram çərçivəsində Gəncə, Quba, Qəbələ və Zaqatala rayonlarında praktiki təlimlərdə iştirak ediblər.

 

Ən Çox Oxunan