Gəncədə zavodlardan birində fəhlə ehtiyatsızlıqdan ağır xəsarət alıb. Bu haqda Gencexeber.az 9 oktyabr tarixində Report-a istinadən məlumat verir.
Hadisə “Kristal Beton” beton zavodunda baş verib. 56 yaşlı Elçin Şəfiyevin sağ qolu avtomobilə qum-çınqıl tökən avadanlığın altındakı qurğunun rezin detalına ilişib. Nəticədə qurğu fəhlənin qolunu qoparıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.