5.8 C
Gence
5.8 C
Gence

Gəncədə fəaliyyət göstərən müəssisə Azərbaycanın ən yaxşı ixracatçılarından biridir

“Azəralüminium” MMC Azərbaycanın ən yaxşı ixracatçıları arasında yer alır. Bu haqda məlumatı aprelin 29-u Report-a istinadən veririk.

Azərbaycanda qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-mart aylarında həyata keçirilən ixracla bağlı reytinqi tərtib olunub. Siyahıda həm qeyri-dövlət, həm də dövlətə məxsus subyektlər daxil edilib.

“Azəralüminium” MMC qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edib. Dövlətə məxsus olan şirkət ölkəmizin ən yaxşı ixracatçıları arasına düşməyi bacarıb.

Qeyd edək ki, Gəncədə fəaliyyət göstərən müəssisə Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı şirkətidir. Cənubi Qafqazda yeganə ilkin aluminium istehsalçısıdır.

 

Ən Çox Oxunan