26.4 C
Gence
26.4 C
Gence

Gəncədə evdə yanğın olub

Gəncədə 29 dekabr tarixində yanğın hadisəsi qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.

Hadisə Nizami rayonunda baş verib. Ümumi sahəsi 345 kvadrat metr olan birmərtəbəli evin bir otağında yanğın olub. Alov döşəmənin bir hissəsi, divan, kondisioner və qapını əhatə edib. Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Evin qalan hissələri alovdan mühafizə olunub.

 

Ən Çox Oxunan