26.4 C
Gence
26.4 C
Gence

Gəncədə ev partlayıb: ana və oğul ağır xəsarət alıblar

Gəncədə fərdi yaşayış evində partlayış olub. Bu haqda Gencexeber.az 19 noyabr tarixində Report.az-a istinadən məlumat verir.

Hadisə şəhərin Əlişir Nəvai küçəsində qeydə alınıb. Partlayış nəticəsində evin müəyyən hissəsi uçub. 44 yaşlı Səbinə Verdiyeva və 23 yaşlı oğlu Əli Verdiyev xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır. Oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Ən Çox Oxunan