24.1 C
Gence
24.1 C
Gence

Gəncədə estetik cərrah tərəfindən ödənişsiz müayinələr

Gəncədə estetik cərrah tərəfindən ödənişsiz müayinələr keçiriləcək. Bu haqda Gencexeber.az-a yanvarın 15-i məlumat daxil olub.

Estetik cərrah Doktor Hüseyn Məmmədov Gəncə Beynəlxalq Xəstəxanasında yanvarın 16-dan 18-dək pasiyentləri qəbul edəcək. Həkim tərəfindən müalicə edilən xəstəliklər aşağıdakılardır:

  • Estetik Rinoplastika (Xarici burun deformasiyasının aradan qaldırılması);
  • Funksional Rinoplastika (Burun tənəffüsü və estetik görüntünün bərpası);
  • Septoplastika (Burun çəpər əyriliyinin aradan qaldırılması);
  • Vazotomiya (Aşağı burun balıq qulaqlarının kiçildilməsi);
  • Tonzillektomiya (damaq badamcıqlarının götürülməsi);
  • Adenotomiya (adenoid hiperplaziyasının götürülməsi);
  • Qulaq balonunun tətbiqi (eksudativ otitin müalicəsi).

Ətraflı məlumat almaq üçün (022) 303; (022) 255 38 38; (022) 255 83 83; (055) 500 71 00 nömrələri ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, Gəncə Beynəlxalq xəstəxanası Heydər Əliyev prospekti, 60 ünvanında yerləşir.

Ən Çox Oxunan