19 C
Gence
19 C
Gence

Gəncədə erməni terrorundan zədələnmiş məktəbin təmirinə başlanılıb

Gəncədə Vətən müharibəsi zamanı zədələnən məktəbin təmirinə başlanılıb. Bu haqda Azərbaycan televiziyasına istinadən məlumat veririk.

Konstantin Uşinski adına 29 nömrəli orta məktəb sıfırdan inşa olunacaq. 9 və 11 saylı təhsil müəssisələrində isə müvafiq qurumlarla birlikdə dəyən ziyan hesablanır. Tikililərin təmir, bərpa və yaxud yenidən tikilməsi barədə qərar bu işlər başa çatandan sonra qəbul ediləcək və plana salınacaq.

Qeyd edək ki, bu barədə Gəncədə səfərdə olan təhsil nazirin müavini Muxtar Məmmədov açıqlama verib.

 

Ən Çox Oxunan