21.4 C
Gence
21.4 C
Gence

Gəncədə erməni terroruna həsr olunmuş filmin çəkilişləri başa çatıb

Gəncədə erməni terroruna məruz qalan uşaqlarla bağlı filmin çəkilişləri başa çatıb. Bu haqda 31 yanvar tarixində Report-a istinadən məlumat veririk.

“Müharibə uşaqları” (yeni adı ilə “Böyük qırmızı ev”) filminin səhnələri Gəncə və Bakı şəhərlərində çəkilib. Layihə Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır. Hazırda filmin montaj işləri gedir.

Bədii-sənədli film Ermənistanın terror hücumlarının təsirləri nəticəsində travmalara məruz qalan uşaqların həyatlarından bəhs edir. Ssenari müəllifi və rejissor Leylaxanım Qənbərli, quruluşçu operator Daniel Quliyev, kreativ prodüser İradə Bağırzadə, icraçı prodüser Vidadi Rüstəmov, prodüser isə Fariz Əhmədovdur. Filmdə kuklaçı obrazını aktyor Namiq Ağayev ifa edir.

Report.az-dan foto
Report.az-dan foto
Report.az-dan foto
Report.az-dan foto

Ən Çox Oxunan