24.7 C
Gence
24.7 C
Gence

Gəncədə erməni terroru zamanı zədələnən “Təzə bazar” təmir olunur

Gəncənin “Grand Qafqaz” ticarət kompleksində yenidənqurma işləri aparılır. Bu haqda Gencexeber.az-a 17 dekabr tarixində məlumat daxil olub.

Erməni terroruna məruz qalmış “Təzə bazar” adlanan obyekt 10 günə yaxındır ki, təmir olunur. Vaxtı ilə kompleksdə yerləşən meyvə və tərəvəzin satışı aparılan tikilidə konstruksiyalar yenidən yığılıb, divar və dam örtüyü düzəldilir.

Kompleksin tərkibində yerləşən mağaza və dükanların qırmızı kərpicli fasadları, pəncərələri və tavanları təmir olunur.

Qeyd edək ki, ticarət kompleksi 5 oкtyabr 2020-ci ildə Ermənistan ərazisindən atılan raket nəticəsində zədələnmişdir. Terror zamanı üç mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Ən Çox Oxunan