22.5 C
Gence
22.5 C
Gence

Gəncədə elektron qolbaq gəzdirən şəxs azadlığa buraxılıb

Gəncədə oğurluq və qanunsuz ağac kəsməkdə təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. Bu haqda 6 dekabr tarixində Report-a istinadən xəbər veririk.

Gəncə Apellyasiya Məhkəməsində E.Əlizadənin şikayətinə baxılıb. Qərara əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Əlizadə 6 fevral 2021-ci il tarixli hökmü ilə 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmə əsasən, məhkumun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur.

Ən Çox Oxunan