24.7 C
Gence
24.7 C
Gence

Gəncədə ekoloji park kompleksi tikiləcək

Respublikamızda ilk dəfə olaraq Gəncədə ekoloji park yaradılacaq. Bu haqda Gencexeber.az 2 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.

Ekoloji park kompleksi şəhərin Əli Məmmədov küçəsində, şəhər yaşıllaşdırma şöbəsinin gülçilik sahəsində yaradılacaq. İnşaat işlərinin gələn ilin əvvəlindən başlaması nəzərdə tutulub.

Gəncə çayının sağ sahilində 11 hektar ərazini əhatə edəcək parkda gülçilik üçün istixana kompleksi inşa ediləcək. Burda müxtəlif növ gül çiçək eləcə də ağac şitilləri yetişdiriləcək.

Qeyd edək ki, ümumilikdə şəhərdə 14 park və istirahət gülşəsi var. Bu məkanların yaşıllıqlarla təmin edlməsi üçün gülçülük təsərrüfatında 30 növdə 60 minə yaxın  gül çiçək və 20 növdə ağaclar yetişdirilir.

Daha öncə, Gəncədə Ekoloji Park Kompleksin yaradılması üçün təkliflər sorğusu elan olunmuşdur.

Ən Çox Oxunan