26.4 C
Gence
26.4 C
Gence

Gəncədə DOST mərkəzi açılacaq

Gəncədə Sosial Təminat agentliyi açılacaq. Bu haqda 14 yanvar tarixində Apa-ya istinadən məlumat veririk.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyevin sözlərinə görə, Gəncədə olacaq mərkəz ilə bağlı layihə artıq təsdiqlənib. “Çox güman ki, bu ilin sonu, yaxud gələn il Gəncə DOST mərkəzinin açılışı baş tutacaq”, – deyə o bildirib.

Qeyd edək ki, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması üçün yaradılıb.

 

Ən Çox Oxunan