25.8 C
Gence
25.8 C
Gence

Gəncədə dilənçiliklə məşğul olan şəxslər cərimələnib

Gəncədə dilənçilər cərimələnib. Bu haqda 15 dekabr tarixində Report.az-a istinadən məlumat veririk.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində reyd keçiriblər. Onlar tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olan ümumilikdə 27 nəfər saxlayıblar.

Polis idarəsinə gətirilən dilənçilərlə profilaktiki söhbətlər aparılılıb. 16 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.

 

Ən Çox Oxunan