21.4 C
Gence
21.4 C
Gence

Gəncədə dilənçilər saxlanılaraq cərimələniblər

Gəncədə dilənçilər cərimələnib. Bu haqda dekabrın 29-u Report.az-a istinadən məlumat veririk.

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi tərəfindən reyd keçirilib. Əməkdaşlar tərəfindən şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olan 11 nəfər saxlanılıb. 10 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.

Ən Çox Oxunan