24.8 C
Gence
24.8 C
Gence

Gəncədə dezinfeksiya işlərinə 40 nəfərlik briqada cəlb olunub

Gəncədə texnika və canlı qüvvənin cəlb olunması ilə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Bu haqda fevralın 14-ü Gencexeber.az-a məlumat daxil olub.

MKTİB-nin su çiləyici maşınları və 40 nəfərlik briqadası şəhərin mərkəzində yerləşən küçə və prospektləri xüsusi məhlulla yuyublar. Sözügedən işlər çoxmənzilli yaşayış binalarının girişlərini, əhali sıxlığı təşkil edən bütün əraziləri, açıq havadakı idman qurğularını, poçt şöbələrinin, bankların, bankomatların qarşısını, parkları, istirahət məkanlarının ərazilərini əhatə edib.

Qeyd edək ki, təqdim olunan fotomateriallar Şah İsmayıl Xətai prospektindəndir.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan