25.3 C
Gence
19.5 C
Ganja

Gəncədə daxili işlər orqanlarında kadr dəyişikliyi olub

Daxili işlər naziri Gəncədə yeni təyinata qol çəkib. Bu haqda məlumatı sentyabrın 24-ü Apa.az-a istinadən veririk.

Polis kapitanı Cabbar Yusif oğlu Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi vəzifəsindən azad olunub. O, Gəncə şəhər Baş Polis İdarəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi təyin olunub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.