Gəncədə Daxili işlər orqanında dəyişiklik olub. General-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Qoşqar Əliyev Gəncə şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunub.
Bundan öncə Əliyev Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi vəzifəsində idi.