25.8 C
Gence
25.8 C
Gence

Gəncədə daha bir regional mərkəz yaradılır

Gəncədə bu gündən regional vahid əlaqələndirmə mərkəzi fəaliyyətə başlayır. Bu haqda 24 dekabr tarixində Oxu.az-a istinadən məlumat veririk.

Mərkəzdə şəhid ailələri və müharibə iştirakçılarının müraciətləri qəbul olunacaq. Burada 6 dövlət orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti), 5 aidiyyəti şəhər və rayonların icra hakimiyyətləri xidmət göstərəcək.

Gəncədəki vahid əlaqələndirmə mərkəzinə Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sakinləri müraciət edə bilərlər.

Qeyd edək ki, mərkəz Gəncə şəhəri, Atatürk prospekti 12A ünvanında fəaliyyət göstərəcək.

Ən Çox Oxunan