26.4 C
Gence
26.4 C
Gence

Gəncədə daha bir obyekt cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə daha bir iaşə obyektinin sahibini cərimələyib. Bu haqda 25 sentyabr tarixində qurumun rəsmi saytında məlumat paylaşılıb.

Gəncə şəhəri Radiostansiya ərazisində yerləşən “Maralgöl” yeməkxanasında nöqsanlar aşkar olunub. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, AQTA iaşə obyektlərində keçirdiyi monitorinqlərin miqyasını genişləndirib. Yoxlama əməliyyatları davam etdirilir və qaydalara əməl etməyən sahibkarlar barədə ən sərt tədbirlər görülür.

Ən Çox Oxunan