Gəncədə ictimai iaşə obyektləri cərimələnib. Bu haqda 2 dekabr tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin saytında paylaşılıb.
Agentliyin əməkdaşları aşağıda göstərilən obyektlərdə yoxlamalar keçirərək nöqsanlar aşkar edib:
- Xəlil Şeyxzamanov küçəsi, ev 21 ünvanında yerləşən, fiziki şəxs Ruslan Süleymanova məxsus restoran;
- Atatürk prospekti, ev 82 ünvanında yerləşən, fiziki şəxs Hüseynqulu Abdullayevə məxsus “Altunay” restoranı;
- Nəriman Nərimanov prospektində yerləşən, fiziki şəxs Emin Əhmədova məxsus dönərxana.
Daha öncə, “Milli” adlı ərzaq mağazasının cərimələnməsi haqda məlumat vermişdik.