Azərbaycan Dövlət Aqrar Universitetində tədris edən türkiyəli müəllimlər Bakıya səfər ediblər. Bu haqda 29 mart tarixində ADAU-ya istinadən məlumat veririk.
Ege Universitetinin bir qrup professor-müəllim heyəti Hərbi Qənimətlər Parkını ziyarət edib. Burada qonaqlara qənimətlər haqda məlumat verilib. Türkiyəli professorlar parkdakı eksponatlarla tanış olublar. Silahlı qüvvələrimizin götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə qonaqların marağına səbəb olub.

