Gəncənin daha bir demoqrafik göstəricisi bəlli olub. Bu haqda məlumatı avqustun 13-ü Marja.az-a istinadən veririk.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında şəhərdə 1530 körpə doğulub. Kiçik sakinlərimizin 843 nəfəri oğlan, 687 nəfəri isə qızlardır.
Bundan başqa, sözügedən dövrdə 1131 ölüm halı qeydə alınıb.