19 C
Gence
19 C
Gence

Gəncədə dəm qazından daha bir zəhərlənmə hadisəsi

Gəncədə daha bir ailə dəm qazından zəhərlənib. Bu haqda 25 noyabr tarixində Apa.az-a istinadən məlumat veririk.

Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Aşağıda göstərilən bir ailənin 5 üzvü yaşadığı evdə dəm qazından zəhərlənib:

  • 69 yaşlı Elxan Əliyev
  • 41 yaşlı Kamal Əliyev
  • 37 yaşlı X.Əliyev
  • 13 yaşlı N.Əliyeva
  • 14 yaşlı Z.Əliyev

Zərərçəkənlər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrin vəziyyətləri normallaşandan sonra onlar evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Daha öncə, Gəncədə bir ailənin yeddi üzvünün zəhərlənməsi haqda məlumat vermişdik.

Ən Çox Oxunan