27.5 C
Gence
27.5 C
Gence

Gəncədə dəm qazından daha bir ailə zəhərlənib

Gəncədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Bu haqda fevralın 3-ü Report.az-a istinadən məlumat veririk.

Hadisə Gülüstan qəsəbəsində mənzillərin birində baş verib. Orada 40 yaşlı V.Zeynalov və 37 yaşlı E.Vəliyeva ilə yanaşı onların 7, 14 və 15 yaşlı uşaqları zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərin vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Ən Çox Oxunan