25.5 C
Gence
17.5 C
Ganja

Gəncədə dələduzluğa görə həbs edilən şəxs bu dəfə Abşeronda tutulub

Gəncədə dələduzluğa görə tutulan şəxs eyni əməli Xırdalan şəhərində təkrarlayıb. Gencexeber.az bu haqda 24 iyun tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Belə ki, Rəfail Əsgərov adlı vətəndaş özünü “Azərsu” ASC və digər kommunal xidmət idarələrinin əməkdaşı kimi təqdim edərək bir neçə Xırdalan sakinini aldadıb. Daha sonra onlardan müxtəlif məbləğlərdə pul alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Əsgərov tutulub. Məhkəmənin qərarı ilə o, iki ay müddətinə inizbati qaydada həbs edilib.

Qeyd edək ki, Rəfail Əsgərov bundan əvvəl Gəncə şəhəri və paytaxtın Nizami rayonunda eyni əməllər etdiyi üçün inzibati qaydada həbs edilmişdi.