“Kəpəz”in iki aparıcı legioneri Antalya səfərində komandaya qoşulub. Bu haqda 11 yanvar tarixində komandanın rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.
Belə ki, viza məsələsinə görə Antalyaya səfərləri ləngiyən Ahmed Ayzaya ilə Abdullahi Şuaybu artıq bu gündən komanda ilə birgə məşqlərə başlayıblar. Onlar düşərgəyə qoşulan kimi səhər hazırlığında iştirak ediblər.
Daha öncə futbolçuların Türkiyəyə yollana bilmədikləri haqda məlumat vermişdik.