22.5 C
Gence
22.5 C
Gence

Gəncədə əcnəbi vətəndaşı hədələyərək pulunu alan şəxslər tutulub

Gəncə şəhər sakinini hədələyərək ondan pulunu alan şəxslər saxlanılıblar. Bu haqda Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

19 sentyabr saat 15:00 radələrində əcnəbi vətəndaş R.Mustafa Kəpəz rayon Polis idarəsinə müraciət edib. Hacıməlik qəsəbəsində 3 nəfər onu kəsici alətlə hədələyərək 428 manat pulunu almışdırlar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində şübhəli bilinən R.Sadıqov və əvəllər məhkum olunmuş R.Tağıyev və K.Abbasov Sumqayıt şəhəri ərazisində tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan