Gəncədə Azərbaycan Texnologiya universitetinin işçi heyətinin maaşı artırılıb. Bu haqda universitetin rəsmi saytında məlumat paylaşılıb.
28 oktyabr tarixində Elmi Şuranın iclası keçirilib. Burada qəbul edilən qərara əsasən professor-müəllim heyətinin maaşları noyabr ayından 40% artırılıb.
Bundan başqa iclasda qış mövsümünə hazırlıq vəziyyəti, strateji planın işlənməsi üzrə işçi planı dinlənilib, bəzi tədris vəsaitləri təsdiq edilib.