25.8 C
Gence
25.8 C
Gence

Gəncədə bitkilərdə zərərvericilər aşkarlanıb

Gəncədə 15 oktyabr tarixində bitkilərdə zərərvericilər aşkarlanıb. Bu haqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat paylaşıb.

Agentlik bildirib ki, Gəncədə fitosanitar monitorinq keçirilib. Yaşıllıq və parkların qiymətləndirilməsi, xəstəlik və zərərvericilərin yayılma dərəcəsi və s. işlər aparılıb. Dekorativ ağac, kol və gül bitkilərinin mövcud vəziyyəti yerində təhlil edilib və ziyankarlar aşkar edilib. Bununla bağlı tədbirlər görülüb, sahə aqronomu və texniki işçilərə maarifləndirici tövsiyələr verilib.

Ən Çox Oxunan