24.1 C
Gence
24.1 C
Gence

Gəncədə bir sıra Dövlət qulluqçusu təltif olunub

Gəncədə Şəhər İcra Hakimiyyətinin əməkdaşları təltif olunublar. Bu haqda 28 dekabr tarixində İH məlumat paylaşıb.

Prezident İlham Əliyev Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə Sərəncam imzalayıb. Sənədə əsasən, Gəncə İH başçısı Aparatının aparıcı məsləhətçisi psixoloq Gültəkin Qasımova “Tərəqqi”, Şəhər təsərrüfatı şöbəsinin Baş məsləhətçisi Nəsib Axundov isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.

Əlavə olaraq, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayevə “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, həmin şöbənin böyük məsləhətçisi Fərman Rüstəmova isə “Suqovuşanın azad olunmasına görə” medalları təqdim olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan