24.7 C
Gence
24.7 C
Gence

Gəncədə bir neçə tələbəyə Fəxri Fərman verilib

Gəncə Dövlət Universitetində Gənclər Günü ilə bağlı tədbir keçirilib. Bu haqda universitet rəsmi Facebook səhifəsində məlumat paylaşıb.

Tədbiri Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva başladıb. O, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Pedaqoji fakültənin dekanı Bayram Apoyev isə çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasətinin həyata keçirilməsi nəticəsində qazanılan uğurlardan bəhs edib.

Sonda bir sıra tələbəyə universitetin ictimai-siyasi həyatında fəal iştirak etdikləri üçün Fəxri Fərmanlar təqdim olunub.

Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan