5.8 C
Gence
5.8 C
Gence

Gəncədə bir neçə binada bir aya yaxındır su problemi yaşanır

Gəncənin Gülüstan qəsəbəsində yerləşən bir neçə binada su təchizatında çətinlik yaşanır. Bu haqda məlumat izləyicimiz tərəfindən martın 3-ü daxil olub.

Sözügedən hal Aşağı Gülüstanda, “üç meyvə”nin yanında müşahidə edilir. Orada yerləşən 5 və 6 nömrəli binalarda bir aydır ki, su mütəmadi şəkildə verilmir.

Sakinlər iddia edir ki, aidiyyəti qurumun əməkdaşları xətlərin xarici şirkət tərəfindən çəkildiyi deyirlər. Bu səbəbdən onların quraşdırılan sistemdən anlayışları yoxdur.

“Bir həftədir su tapıb, uşağı çimizdirə bilmirəm. Pulu olan bakına maşınla su vurur. Mən hardan alım hər dəfə 16 manatı” – deyə sakin bildirib.

Ən Çox Oxunan