25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə Beynəlxalq Tolerantlıq günü: şagirdlər üçün tədbir keçirilib

Gəncədə 16 noyabr Beynəlxalq Tolerantlıq günü münasibətilə tədbir təşkil olunub. Bu haqda məlumat Gəncə Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsində “Multikultiralizm və nağıllar” adlı nağıl saatı keçirilib. Tədbiri Uşaq şöbəsinin kitabxanaçısı Nərmin Qasımova açıb.

Uşaqlara Azərbaycanda müxtəlif millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşadıqları haqda məlumat verilib. Nağıl saatında uşaqlar kitabxananın fondunda olan azsaylı xalqlara mənsub olan kitablarla, həmçinin avar və talış nağılı ilə tanış olublar. Sonda cizgi filminə tamaşa ediblər.

Qeyd edək ki, Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib.