9.7 C
Gence
5.5 C
Ganja

Gəncədə Bayraq Günü münasibəti ilə tədbir keçirilib

Gəncədə bu gün, 9 noyabr tarixində ümumşəhər tədbiri keçirilib. Bu haqda Gencexeber.az-ın müxbiri məlumat verib.

Dövlət Bayrağı Günü münasibəti ilə təşkil olunan tədbir şəhərin Bayraq Meydanında baş tutub. Mərasimdə qazilər, şəhər sakinləri, rəsmi şəxslər iştirak ediblər.

İlk öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi şəhidləri haqda nəşr etdiyi “Gəncə şəhidləri” adlı kitabın təqdimatı nəzərdə tutulmuşdur.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan