19.1 C
Gence
19.1 C
Gence

Gəncədə baş verən bədbəxt hadisənin təfərrüatları məlum olub

Gəncədə elektrik cərəyanının vurması nəticəsində baş verən bədbəxt hadisənin təfərrutları məlum olub. Bu haqda fevralın 12-si Report.az-a istinadən xəbər veririk.

Gəncə Şəhər Prokurorluğundan verilən məlumata əsasən, fevralın 11-i saat 17:00 radələrində “Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən 30 yaşlı Röyal Əliyevin dünyasını dəyişməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Müəyyən edilib ki, Röyal Əliyev küçə işığının lampasını dəyişərkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı müvafiq maddə ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam edir.

 

Ən Çox Oxunan