10.3 C
Gence
10.3 C
Gence

Gəncədə “Böyük xeyriyyəçi” başlığı altında tədbir baş tutub

Gəncədə “Böyük xeyriyyəçi” başlığı altında tədbir keçirilib. Bu haqda 25 yanvar tarixində Gəncə Regional Mədəniyyət İdarəsinə istinadən məlumat veririk.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyi ilə əlaqədar mövzu gecəsi keçirilib. Tədbirdə ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti haqqında danışılıb.

Sonda tədbir iştirakçıları “Böyük xeyriyyəçi” başlıqlı videoçarxı izləyiblər.

Ən Çox Oxunan