24.7 C
Gence
24.7 C
Gence

Gəncədə bələdiyyə əraziləri hərraca çıxarılır

Gəncədə bələdiyyə mülkləri hərraca çıxarılır. Bu haqda İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin saytında məlumat dərc edilib.

Müsabiqə fevralın 17-si saat 15:00-da baş tutacaq. Gəncə şəhəri Kəpəz və Nizami Bələdiyyəsinə məxsus hərraca çıxarılacaq əmlaklar aşağıdakılardır:

  • 1700 kv.m-lik sahə. Ərazi qeyri-yaşayış binasının tikintisi üçün satılır;
  • 700 kv.m-lik sahə. Ərazi fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılır.

Hərrac Heydər Əliyev meydanında yerləşən ƏMDX-nin Gəncə ərazi şöbəsində keçiriləcək. Əlaqə üçün (022) 256 87 57 nömrəsi qeyd olunub.

Ən Çox Oxunan