17.5 C
Gence
17.5 C
Gence

Gəncədə bədbəxt hadisə baş verib

Gəncədə gənc qız yuxarı mərtəbədən yıxılıb. Bu haqda Gencexeber.az-a 18 noyabr tarixində məlumat daxil olub.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. İlkin məlumata görə, 16-18 yaş aralığında gənc qız 12 mərtəbəli binanın onuncu mərtəbəsindən yıxılıb.

Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan