14.3 C
Gence
14.3 C
Gence

Gəncədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaradılır. Bu haqda məlumat 11 oktyabr tarixində paylaşılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs yaradılır.

Məqsəd avtomobil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarının qabaqcıl beynəlxalq tələblərə və təcrübəyə uyğun təşkil edilməsi və rəqabətədavamlı avtomobil nəqliyyatı sahəsinin formalaşdırılmasıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Ən Çox Oxunan