21.4 C
Gence
21.4 C
Gence

Gəncədə avtomobildən oğurluq edən şəxs saxlanılıb

Gəncədə avtomobili qarət edərək 235 manat pul oğurlayan şəxs saxlanılıb. Bu haqda Gencexeber.az 27 sentyabr tarixində Azərtac-a istinadən xəbər verir.

Oğurluq şəhər ərazisində 7 sentyabr tarixində baş vermişdir. Pul oğurlamaqda şübhəli bilinən R.Əliyev “Ford” markalı maşından oğurluq etmişdir. O, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan