19.7 C
Gence
19.5 C
Ganja

Gəncədə avtobusdan oğurluq edən şəxslər saxlanılıblar

Gəncədə 19 sentyabr tarixində 2 nəfər oğurluq üstündə saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi məlumat paylaşıb.

Sentyabrın 15-də Gülüstan qəsəbəsindəki dayanacaqda M.Məmmədova məxsus “MAN” markalı avtobusdan oğurluq hadisəsi baş verib. Oradan ümumi 37.430 manat dəyərində 58 ədəd oturacaq, 1 ədəd kondisioner kompressoru, 9 ədəd təkər və 9 ədəd disk oğurlanıb.

Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində şübhəli bilinən dayanacağın gözətçisi şəhər sakini Q.İmanov və qohumu M.Məmmədov saxlanılıblar.