24.7 C
Gence
24.7 C
Gence

Gəncədə Autizm Mərkəzi açılıb

“AzerGold” QSC-nin dəstəyi ilə Gəncədə yeni mərkəz yaradılıb. Bu haqda 12 aprel tarixində QSC-yə istinadən məlumat veririk.

“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan Gəncə Autizm Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, icra başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin idarə heyəti sədrinin müavini Xəyyam Fərzəliyev, Heydər Əliyev Fondunun Heydər Əliyev İrsinin tədqiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin idarə heyəti sədrinin müavini Pərviz Səfərov, Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, birliyin Autizm Valideyn Məşvərət Şurasının sədri Natavan Məmmədova, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, SOBE Autizm Fondunun koordinatoru Zeynep Takı Kapıtaş, Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar Autizm Mərkəzində məktəbəqədər təhsil, ixtisasəldəetmə, özünüidarəetmə və müstəqil davranış bacarıqlarına yiyələnmə kimi ehtiyaclara uyğun olaraq uşaqlar üçün tam ödənişsiz əsaslarla təşkil edilən təlim və bərpa prosesi ilə tanış olublar. Mərasim Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva və autizmli gənc pianoçu Əlisahib Bayramovun ifaları ilə davam edib. Daha sonra qonaqlar autizmli uşaqların rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Ən Çox Oxunan