25.8 C
Gence
25.8 C
Gence

Gəncədə atmosfer havasının keyfiyyəti yoxlanılıb

Sentyabrda Gəncə şəhərində fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsi ilə atmosfer havasının keyfiyyətinin monitorinqi həyata keçirilib. Bu haqda 24 sentyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat paylaşıb.

Stansiyalardan əldə edilən məlumatlara əsasən, kükürd qazı və dispers toz hissəciklərinin qatılıqları sanitar norma daxilində qeydə alınıb.

Bundan başqa, ay ərzində Qazax-Gəncə zonasında yağan yağıntılar aylıq normanın 45 faizini təşkil etdiyi müəyyənləşib.

Ən Çox Oxunan