Gəncədə baş verən yanğın nəticəsində bir ailənin üç üzvü ölüb. Bu haqda Gencexeber.az 28 oktyabr tarixində məlumat verir.
Hadisə şəhərin Kəpəz rayonunda baş verib. İlk yanğınsöndürmə avtomobili saat 04:27-də hadisə yerinə çatıb. 160 kv.m-lik birmərtəbəli dördotaqlı ev alışıb.
Nəticədə 31 yaşlı Bahəddin Məmmədov, 14 yaşlı Turqay Məmmədov və 9 yaşlı Mələk Məmmədova yanaraq dünyalarını dəyişiblər. Onların nəşi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.